Sosial

Nazirlik gücləndirilmiş iş rejiminə keçdi

Nazirlik gücləndirilmiş iş rejiminə keçdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə 7times.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, nazirlik və qurumları 17-19 fevral tarixlərində respublika ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Nazirliyin tabeliyində olan qurumlara xidmətlərin fasiləsizliyinin təmin edilməsi üçün əlavə zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.

Bura məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili üzrə müvafiq tədbirlərin görülməsi daxildir.