Cəmiyyət

Nazirlik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı açıqlama verdi

Nazirlik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı açıqlama verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Açıqlama verdilər, dedilər ki, toy deyil. Haradasa oxudum, kimsə çıxıb dedi ki, o toy deyil, bir neçə nəfərin iştirakı ilə olan toplantı olub”.

7times.az xəbər verir ki, bu sözləri Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı yayılan görüntülər barədə Yeniavaz.com-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov deyib.

Qeyd edək ki, dünən və bu gün ölkə mətbuatında AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı görüntülər yayılıb.

Son yayılan görüntülərdə isə toy mərasimində Millət vəkili Siyavuş Novruzov, həyat yoldaşı və Ombudsman Səbinə Əliyeva və BDU-nun sabiq rektoru Abel Məhərrəmovun da iştirak etdiyi görünür.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən pandemiya ilə əlaqədar ölkə ərazisində toy mərasimlərinin keçirilməsi qadağandır. Həmçinin kafe və restoranlarda bir masa ətrafında 6 nəfərdən çox insanın oturması da qadağan edilib.