Cəmiyyət

Nazirlik şöbə müdiri axtarır

Nazirlik şöbə müdiri axtarırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Energetika Nazirliyi inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibə elan edir.

7times.az nazirliyə istinadən xəbər verir ki, namizədlər daxili müsahibəyə təqdim edilmiş Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla iş sektorunun baş məsləhətçisi, Maliyyə şöbəsinin böyük məsləhətçisi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin icrası və monitorinqi şöbəsinin dövlət orqanı aparatında şöbə müdiri vakant vəzifələri üzrə sənədlərini təqdim edə bilərlər.

Daxili müsahibədə Energetika Nazirliyində inzibati vəzifələrdə qulluq keçən, inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları və dövlət orqanının ləğvi (Energetika Nazirliyinin tabeliyində olan qurumlar nəzərdə tutulur), dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən və Energetika Nazirliyində ehtiyat kadr kimi saxlanılan şəxslər iştirak edə bilərlər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 3 sentyabr 2021-ci il tarixindən 22 sentyabr 2021-ci il saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti
  • əmək kitabçasının surəti
  • ixtisas dərəcəsini təsdiq edən sənədin surəti (əgər əmək kitabçasında qeyd edilməyibsə)

Qeyd edək ki, müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən, barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda müvafiq sertifikata malik olmalıdırlar.

Əmək kitabçasının surəti notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən, ixtisas dərəcəsini təsdiq edən sənədin (olduğu təqdirdə) surəti isə dövlət orqanı tərəfindən təsdiq edilməlidir.

1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər daxili müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən əldə edə bilərlər:

https://eservices.dim.gov.az/DQQ/Elan/DxMshMshElanList?ElanID=475