Cəmiyyət

Nazirlikdən yolu bağlayan qadınlarla bağlı AÇIQLAMA

"Həmin şəxslərin ərazidən uzaqlaşdırılması təmin olunub".

Nazirlikdən yolu bağlayan qadınlarla bağlı AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) paytaxt ərazisində bir qrup qadının yolu bağlamağa cəhd etməsi ilə bağlı yayılan görüntülərə açıqlama verib.

DİN-in Mətbuat Xidmətindən 7times.az-a  verilən məlumata görə, avqustun 26-da Yasamal rayonu ərazisində hərəkətin intensiv olduğu prospektlərin birində bri qrup qadın avtomobil yoluna çıxaraq təhlükəli vəziyyət yaradıblar.

Bildirilib ki, ərazidə xidmət edən polis əməkdaşları tərəfindən dərhal həmin cəhdin qarşısı alınıb:

“Həmin şəxslərin ərazidən uzaqlaşdırılması təmin olunub. Qeyd olunan hərəkətlərə cəhd edən şəxslərlə profilkatik söhbətlər aparılmaqla bu əməlin təhlükəli olması onların diqqətinə çatdırılıb”.