Müsahibə

Nə iş görmüşəm ki, Prezident üçüncü dəfə fəaliyyətimi dəyərləndirir?! – Baba Vəziroğlu

Nə iş görmüşəm ki, Prezident üçüncü dəfə fəaliyyətimi dəyərləndirir?! – Baba Vəziroğlubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev şair Baba Vəzir oğlu Məsimovu “Şərəf” ordeni ilə təltif edib. O, Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

 

Nasir, şair, tərcüməçi, kinodramaturq, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun yanvarın 10-da 70 yaşını tamam edib.

 

Modern.az təltif edilən Baba Vəziroğlunun fikirlərini öyrənib.

 

O, saytımıza açıqlamasında mükafatı qələm əhlinə, incəsənət xadimlərinə verilən yüksək dəyər kimi qəbul etdiyini söyləyib:

 

“İlk xəbəri qələm yoldaşlarımdan aldım. Mən cənab prezidentə tək mənə “Şərəf” ordeni verdiyinə görə minnətdarlıq etmirəm. Prezident çox böyük, misilsiz xidmətlər göstərib.Cənab prezident Livan boyda ərazini – Qarabağı qaytarıb. Ölkənin suverenliyini bərpa edib. Bu gün bayrağımız ən ucalarda dalğalanır, Azərbaycanın səsi ən yüksək kürsülərdən gəlir. Mən nə iş görmüşəm ki, cənab Prezident artıq üçüncü dəfədir ki, mənim fəaliyyətimi dəyərləndirir?! Bundan qabaq, o, məni “Əməkdar incəsənət xadimi”, “Şöhrət” ordenləri ilə də təltif edib. Prezident böyük qlobal işlələrə, tarixi missiya ilə adını tarixə qızıl hərflərlə yazdırıb.Mən bu mükafatı bütün qələm əhlinə, incəsənət nümayəndələrinə verilən yüksək dəyər kimi qəbul edirəm”.

 

Şair yeni kitab üzərində çalışdığını bildirib:

 

“Mənim Qalanı Xatirədir kitabım təzə çıxıb. İndi yeni kitab üzərində çalışıram.  Görürəm ki, cavanlarımız, xalqımız lirikaya daha çox meyil edirlər.  Lirik şeirlər, vətən şeirləri olacaq. Oraya köhnə yazılan şeirlərdən də əlavə edəcəm”.