Yenidən qurulan Mərkəzi Nəbatat Bağının (Botanika Bağı) yeni layihə görüntüləri yayılıb.
Yeni layihənin görüntülərini sosial şəbəkərdə “MB Architects” şirkəti paylaşıb.
7Times.az xəbər verir ki, Mərkəzi Nəbatat Bağının layihəsi ilə bağlı yayılan xəbərdə təzadlı məqam var.
Belə ki, sözügedən layihənin sifarişçisi Bakə Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“Bakı şəhər Əsaslı Tikinti və Təmir” bu məqsədlə 2022-ci ilin iyul ayının 25-də tender elanı verib.
Bu tenderin məbləği 580.300 manat, qalibi isə “Feniks-AA” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“Feniks-AA” MMC 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin sahibi Aydınlı Aydın İlqar oğludur. Aydınlı Aydının atası İlqar İsbatov Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini vəzifəsində çalışır.
“Feniks-AA” MMC-nin dövlət büdcəsindən maliyyələşən təşkilatların sifarişçi olduqları böyük smetalı tenderlərdə mütəmadi qalib edildiyi barədə mediada xeyli yazılar dərc edilib.
Qeyd edək ki, Mərkəzi Nəbatat Bağının yeni layihəsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əksər insanlar yarım milyon manatdan artıq vəsait xərcləyənən yeni layihədə təbiiliyin itməsi ilə yanaşı, həm də büdcədən milyonlarla vəsaitin xrəclənəcəyinə görə bunu izafi xərc hesab edirlər.
Həmin fotoları təqdim edirik:
Mənbə: Global.az
Follow @7timesaz