Maraqlı

Nədən ABŞ-da evlərin qarşısında hasar yoxdur?

Nədən ABŞ-da evlərin qarşısında hasar yoxdur?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər insan evinin qarşısına hasar çəkirsə, hesab edilir ki, o, qonşularına hörmət etmir və onlarla dostluq etmək istəmir…” 

ABŞ- ın məişəti haqqında xarici filmlərdən öyrənmək olar, çünki onların çoxu sadə insanların şəhərətrafı bölgələrdəki həyatından bəhs edir.
Tez- tez kinolentlərdə bizə balaca şəhərlərin gülərüz qonşularını, habelə qazonları olan evləri nümayiş etdirirlər.
Lakin bir şey var ki, bizim üçün qeyri-adi görünür, bu da yaşıl çəmənliyin qarşısında hasarların olmamasıdır.
Əgər hasarlar qoyulursa, bunu arxa həyətdə edirlər ki, qonşular bir-birinə mane olmasın.
Moderator.az xəbər verir ki, bu barədə “Rambler” nəşri yazıb.
Qanunla qadağandır
Bir çox balaca şəhərlərdə evlərin qarşısında çəmənliklərin yerləşdirilməsi qaydaları var. Bu, həm də hasarlara aid edilə bilər.
Məsələn, əgər yaşayış evi elit rayonda əldə edilibsə, onun sahibi küçələrin ümumi görünüşünü pozmamalı və öz evini səliqə- sahmanlı və təmiz saxlamalıdır. Qaydalar hamı üçün eynidir və qazonun uzunluğunu və hətta evin fasadının rəngini tənzimləyir.
Bütün bunlar sakinlərin ümumi yığıncağında həll edilir. Tələblərə riayət edilməməsi cərimələr və məhkəmə ilə sonuclana bilər.
Yanğın təhlükəsizliyi
Əgər hasara izacə verilibsə, onlar bir qayda olaraq hündür olmur və onları aşmaq mümkündür.
Bəzən hasarları sahənin ərazisini başqa adamlardan əhatə etmək üçün edilir ki, qazonları əzməsin. Məsələ burasındadır ki, hasarların olmaması yanğın təhlükəsizliyi ilə bağlıdır.
Evlərin əksəriyyəti karkaslardan düzəldilib, ona görə də yanğın tez bir zamanda bütün evə və hətta qonşu tikililərə də sirayət edə bilər. Yanğını operativ şəkildə söndürmək üçün yanğınsöndürənlər evə tez bir zamanda nüfuz etməlidir, yüksək hasarlar isə bunu mümkünsüz edir.
Protestant mentaliteti
Belə bir fikir var ki, hasarların olmaması protestantlığın təsiri altında baş verib. Protestanlıq özünü başqalarında üstün tutmağı qadağan edir. İcmalarda insanın yaxınlığında yaşayanlardan özünü təcrid etmək qəbul edilmir. Bu gün heç də bütün amerikalılar icmaların dini və adət- ənənələrinin tərəfdarı deyil, lakin hasarların olmaması onların mentalitetində dərin kök salıb. Əgər insan evinin qarşısına hasar çəkirsə, hesab edilir ki, o, qonşularına hörmət etmir, onlarla dostluq etmək istəmir, belə olan halda bütün balaca şəhər bir ailəyə qarşı olacaq.