Cəmiyyət

Neftçalada 10 ton çətənə kolu məhv edildi

Neftçalada 10 ton çətənə kolu məhv edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçalada yabanı halda bitən 10 ton çətənə kolu məhv edilib

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 7times.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mikayıllı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Polis əməkdaşları tərəfindən yabanı halda bitmiş ümumi çəkisi 10 ton olan 11132 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.