Neftçalada kişinin su gölməçəsinə yıxılıb boğularaq ölməsi hadisəsinin bəzi təfərrüatı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə yanvarın 12-də saat 22 radələrində rayonun Həsənabad qəsəbəsində yerləşən marketin arxasındakı su gölməçəsində baş verib.
Belə ki, rayon sakini, 1973-cü il təvəllüdlü Qasımov Müseyib Rasim oğlu su gölməçəsinə yıxılıb boğularaq ölüb.
Meytin xarici müayinəsi zamanı onun burun nahiyəsində kiçikölçülü sıyrıq xəsarəti aşkarlanıb. Meyitin bədən səthində başqa hər hansı bir xəsarət aşkar olunmayıb.
İlkin araşdırma zamanı müəyyən olunub ki, M.Qasımov ailəsindən ayrılıb və son zamanlar mütəmadi olaraq spirtli içki qəbul edib.
Hadisədən sonra meyiti onun qardaşı Qasımov Elnur Rasim oğlu aşkar edərək bu barədə təcili tibbi yardıma məlumat verib.
Bundan başqa, M.Qasımovun qaraciyər serrozu xəstəsi olduğu müəyyən edilib.
Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.
Follow @7timesaz