Manşet

“Neftçi” Azərbaycan çempionu oldu

“Neftçi” Azərbaycan çempionu oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulub.

7times.az xəbər verir ki, sonuncu-28-ci turun oyunları eyni gündə keçirilib.

Son turda çempionatın qalibi bəlli olub. Lider “Qarabağ” səfərdə ikinci pillədəki “Neftçi” ilə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn Bakı təmsilçisi Ağdam klubunu turnir cədvəlində geridə qoyub və tarixində 9-cu dəfə ölkə çempionu olub. Beləliklə, “Qarabağ”ın Premyer Liqadakı 7 illik hegemonluğuna son qoyulub.

Bürünc mükafatın sahibi də bu gün müəyyənləşib. Üçüncülük uğrunda yarışan digər komanda – “Sumqayıt” isə “Səbail”i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 39 xalla 3-cü olub. “Zirə” isə 38 xalla 4-cü pillə ilə kifayətlənib. “Sumqayıt” 3-cü yerini sahibi kimi Konfrans Liqasına vəsiqəni təmin edib.

Digər oyunda isə “Keşlə” “Qəbələ”ni qəbul edib. Komanda 3:1 hesablı qələbə qazanıb.

19 may (çərşənbə)

20:30.“Neftçi” – “Qarabağ” – 1:0

Qol: Ahmed Ahmedov, 90

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev)

“Dalğa Arena”

18:00.“Səbail” – “Sumqayıt” – 0:1

Qol: Murad Xaçayev, 43

Qırmızı vərəqə: Adil Nağıyev, 90+3-iki sarı vərəqə (“Səbail”)

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı

“ASCO Arena”

18:00.“Sabah” – “ Zirə” – 2:1

Qollar: Ramil Şeydayev, 21, Xulio Sezar Rodriqes, 89, – Qismət Alıyev, 72 pen.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

“Bank Respublika Arena”

18:00.“Keşlə” – “Qəbələ” – 3:1

Qol: Şəhriyar Əliyev, 15, Silvio Rodriqes, 16, Vüsal İsgəndərli, 90+6, – Ceyms Adeniyi, 26

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev

“ASK Arena”