“Mən indi də televiziyada veriliş aparıram. Bizim verilişdə ancaq müğənnilər qonaq olur və ifalarını təqdim edirlər. Amma evdə olanda özüm əsasən Rusiyanın kanallarını izləyirəm, siyasi xəbərlərə daha çox üstünlük verirəm”
Bunu Adalet.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. Ə.Mirəliyev efirlərimizdə ailə-məişət mövzusundan bəhs edən verilişlərdən də danışıb və təəssüflənib:
“Nənələr-babalar efirə çıxıb deyir ki, evlənmək istəyirik. Bunların işi Allaha qalıb. Bizi biabır ediblər. Özüm də bu verilişlərdən bezmişəm, internetdə axtarış verib istədiyim verilişlərə baxıram. Nəyə baxasan? Dava-dalaş, o bunu, bu onu təhqir edir. Onsuz da insanlar evindəki problemlərdən bir az ayrılıb televiziyaya baxır ki, fikri dağılsın. Amma televiziyalarımızda da həmin dava dalaşı görəndə bilmir nə etsin. Çox dəhşətli vəziyyətdir. Bunu nəzərə almaq lazımdır. Telefon, sosial şəbəkələr ortalığa çıxandan ailələrdə problemlər yaranıb, boşanmaların sayı çoxalıb”-deyə Mirəliyev bildirib.
Follow @7timesaz