Dünya

Netanyahu Macarıstana səfər edib

Netanyahu Macarıstana səfər edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs qərarı çıxarmasına rəğmən 4 günlük səfərlə Macarıstana gedib.

APA “The Times of Israel”ə istinadən xəbər verir ki, siyasi müşahidəçilər B.Netanyahunun bu səfərinin Beynəlxalq Cinayət Məhkəməsinin onun barəsindəki həbs qərarından sonra ikinci xarici səfəri olduğuna diqqət çəkir.

Səfər fonunda Baş nazir Viktor Orban ölkəsinə gələcək İsrailin hökumət rəhbərinin həbs olunmayacağını açıqlamışdı.

Qeyd edək ki, Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq istədiyi ilə bağlı məlumat yayılıb.