Çox qədim zamanlardan insanlar üzərlik bitkisindən bədnəzərdən qorunmaq üçün bir vasitə kimi istifadə ediblər. İnanclara görə, üzərlik bədnəzərin düşmənidir. Amma bununla yanaşı, üzərlik həm də sağlamlıq üçün olduqca faydalıdır.
Sağlamolun.az üzərliyin sağlamlığa olan faydalarını təqdim edir:
Üzərlik dəmləməsi revmatizm xəstəliyi zamanı çox yaxşı təsir göstərir, beyin damarlarını genişləndirir, qan dövranını yaxşılaşdırır, toxumalar və oynaq ağrıları üçün faydalıdır.
Toxumu əzilərək isti su ilə qarışdırılır, alınan kütlənin isti-isti bədənin xəstə nahiyələrinə qoyulması ağrını kəsir.
Əzilmiş kütlənin sidik kisəsi üzərinə qoyulması və 12 qram üzərlik toxumunun şəkərlə qarışdırılıb içilməsi sidik göynəməsini aradan qaldırır.
Tüstüsü diş ağrısının qarşısını alır. Üzərliyin kətan toxumu və balla qarışdırılıb qəbul edilməsi astma xəstəliyi zamanı çox xeyirlidir.
Üzərliyin kökündən hazırlanan dəmləmə sinir sisteminə sakitləşdirici təsir göstərir.
Üzərliyin qaynadılmış suyu saçı qaraldır, toxumunun dəmləməsi sidiyə çətin getməni asanlaşdırır, sulu dəmləməsi revmatizm xəstəliyində oynaqlara yığılan duzları təmizləyir.
Follow @7timesaz