Maraqlı

Nigeriya ağdərililərin yer aldığı reklamlar qadağan olundu

Nigeriya ağdərililərin yer aldığı reklamlar qadağan olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriya dünyada əcnəbi aktyorların reklam çarxlarında və səs yazılarında rol almasını qadağan edən ilk ölkə olub.

Hazırda ölkədə İngilis ləhcəli ağ modellər olduqca populyardır.
Yeni qayda oktyabrda qüvvəyə minəcək. Qərar yerli peşəkarları dəstəkləmək üçün hazırlanıb.
“10-20 il əvvəl çəkilən reklam çarxlarının yarısında əcnəbilər yer alıb, bütün səslər ingilis ləhcəsi ilə səsləndirilib. Biz 200 milyona yaxınıq. İndi reklama çəkmək üçün yerli model tapa bilmirsiniz?”, – deyə Nigeriya Reklam Agentlikləri Assosiasiyasının prezidenti Stiv Babaeko bildirib.
Onun sözlərinə görə, ölkədə “intibah” yaşanır və gənclərdə milli qürur hissi formalaşıb. Buna görə də cəmiyyət əcnəbilərlə reklamlara mənfi reaksiya verir. Babaeko yeni qadağanın Nigeriyanın milli maraqlarına uyğun olduğunu qeyd edib. (oxu.az)