Cəmiyyət

NİKAHDAN KƏNAR doğulan uşaqlar – Rəqəmlərə inanmayacaqsız

NİKAHDAN KƏNAR doğulan uşaqlar – Rəqəmlərə inanmayacaqsızbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən diri doğulan uşaqların sayı açıqlanıb.

7times.az-ın məlumatına görə, 2020-ci ildə sözügedən rəqəm 17 714 olub.

Qeyd edək ki, 1970-2002-ci illərdə nikahdan kənar doğulan uşaqların sayı dördrəqəmli olsa da, 2003-cü ildən etibarən onların sayı beşrəqəmli olub.

Nikahda olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı ilə bağlı statistikanı təqdim edirik:

– 1970-ci illərdə 71 178 uşaq,

– 1980-ci illərdə 42 132 uşaq,

– 1990-cı illərdə 77 456 uşaq,

– 2000-ci illərdə 164 329 uşaq,

– 2010-cu illərdə 249 245 uşaq.

Bir daha vurğulayaq ki, təqdim etdiyimiz statistika ancaq nikahdankənar doğulan diri uşaqlara aiddir.