Maraqlı

Niyə məşuq ərdən daha sexsual sayılır?

Niyə məşuq ərdən daha sexsual sayılır?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niyə məşuq ərdən daha sexsual sayılır? “Məşuq” deyərkən ilk öncə qadınların ağlında hansı fikirlər canlanır? — sexsuallıq, ehtiras, toz-duman, eksperimentlər, hədiyyələr, əyləncə və s. Ancaq “ər” sözü isə — yaşlı, biş-düş, ailə borcu, divan, televizor və s.?

Bəli, bəlkədə bəziləri üçün ərləri ilə bu tərz həyat tərzi yaşayan qadınların ömürlərinin şkolad içində keçdiyi hesab edilər bilər. Ancaq, çoxluğa həyat tərzi gündəlik görülməli işlər, edilməli öhdəliklər kimi görünür. Bu səbəbdən də sizinlə jurnalımızda “Niyə qadınların fikrincə məşuq ərdən daha sexsual görünür?” mövzusunu müzakirəyə çıxartmaq qərarına gəldik.

Ərin və məşuqun obrazları qadınların gözləri ilə

Psixoloqların fikirlrinə inansaq, “məşuq” kəlməsi şüuraltı formada münasibətlərin sexsual mərhələdə yaşanması kimi qəbul olunur. İnsanlığın gözəl və zərif cinsinin nümayəndələri özlərinə məşuq rolunda kişi seçərkən onu sankı bütün ətraf aləmdən uzaqlaşdırmağa çalışırlar. Sankı bununla onlar məşuqun daha sexsual və daha təəcübləndirici olduğunu düşünürlər.

Məşuqa fiziki istəklər hiss etmməmək mümkün deyil. Bu hislər onun səs tonu, gücü, özünə əminliyi, xarizması, təcrübəsi, hiss etmə bacarığı və hətda qoxusu ilə formalaşa bilir.

Qadınlar şüuraltı olaraq məşuqda onun darıxdırıcı həyatını rənglndirə biləcək bacarığa sahib kişi kimi baxırlar. Sankı bu onların ailə həyatlarını daha da fərqli edə bilər. Gizli görüşlər zamanı həyata keçirilən sexsual eksperimentlər gündəlik məcburiyyətləri unutdurar, yaşanan məişət zəminində olan problemlərə səthi yanaşmağa kömək edər.

Məşuqla yaşanan münasibətlər mexanikləşdirilmiş ailə öhdəliklər çərçivəsi ilə məhdudlaşmır. İncə baxış, bir neçə xoş sözlər, yataqda bacarıqların nümayişi beyində formalaşan fikirləri dəyişə bilir.

Qadınlar qadağalara qarşı çıxmağa can ataraq kişilərin tiran münasibətindən qurtulmağa can atırlar. Onlar bəzən normadan artıq nəzarətdən yorulub, hərəkət sərbəstliyi əldə etməyə çalışırlar. Nəticə etibarilə, çox az sayda qadın sonradan ərlərinə qayıda, birlikdə ailə kimi yaşaya, gizli istəklərini boğa bilirlər.

Ər isə qadının gözlərində müəyyən müddətdən sonra mətbəx ləvazimatı kimi görünür. Ər – borc, öhtəlik, məşuq isə arzulanan hədəfdir. Ərlə yaşanan illərdən sonra bəzi qadınlar üçün həyat darıxdırıcı olur. Bu darıxmağı isə pulsuzluk, ailənin maddi imkanının aşağı olması daha da dərinləşdirir. Uzun müddət birlikdə gəzintiyə çıxmamaq, sadə, təkrarlanan gündəlik yaşantılar çarəsizliklər yaratmağa başlayır.

Nəticədə ərə qarşı olan sexsual maraq sönə bilir, fərqli gözləntilər maraqsızlıqla əvəzlənir, standart misioner poza bezdirir.

Necə etməli?

Kim deyibki, məşuq ərdən daha yaraşıqlı olmalıdır və pronofilimlərdəki akrobotik hərəkətləri etməyi bacarmalıdır?

Deməli, bütün arzular və fantaziyalar bir kənara qoyularsa, məşuq da ər kimi eyni kişidir. Məşuq da kişi kimi kiminsə əri ola bilər. Yəni, əgər həmin məşuq həmin qadının əri rolunda olarsa, onunla yaşanan maraq da zamanla ikinci plana keçə bilər. Sadəcə bütün məsələ münasibətlərin səmimiliyində, qarşılıqlı inamdan və anlayışdan aslıdır. Bir çox hallarda qadınlar məşuqlara bəzi xüsusiyyətləri aid edirlər. Reallığa vardıqda bu xüsusiyyətlər ümumiyyətlə güclü cinsin nümayəndəsində olmur. Bu hallar ya fantaziyalarda canlandırılır, ya da televizor, erotik-sevgi romanlarından oğurlanır.

Məşuqun öz üstünlüyü və çatışmamazlıqları mövcutdur. Eyni ilə ərdəki kimi. Sadəcə bir çox hallarda məşuqun çatışmamazlığı qadınlar tərəfindən görünmür. Ərin isə bütün xasiyyəti yaxşı məlumdur.

Bir anlıq sərhədləri aşmaq istəyi, əyləncə axtarmaq həvəsi qadınları məşuqlarını idealizə etdirməyə məcbur edir. Onlar məşuqa sahib olmadıqları xüsusiyyətləri belə aid etməyə zamanla vərdiş edirlər. Bəlkədə əksinə, o olduqca tənbəl, həvəssiz və bacarıqsızdır.

Bu sbəbdən də, nəticə çıxartmağa tələsmək düzgün deyil. Məşuqla keçirilən uzun müddətli zamandan sonra o da qadınların gözündə maraqsızlaşa, parıltısını itirə bilir. Zamanla adi, kompleksli, fərqli uğura sahib olmayan kişiyə çevrilə bilir.

Əgər qadına münasibətlərdəki stabillik önəmlidirsə, o heç vaxt ideal məşuq axtarışına başlamaz. Əksinə, öz ərlərini məşuq gözündə görməyə çalışarlar. Hər gün olmasa belə, vaxt aşırı sexsual oyunlar düşünmək uzun müddətli ailə həyatını daha rəngarəng edə bilər. Nəticədə ailə dağılmaz və cütlüklər bir-birilərininin yeni tərəflərini kəşf etmiş olarlar.

(Topmister)