Dünya

Nüvə obyektində partlayış – İsrail casusu Reza Qədimi İranı necə tərk edib?

Nüvə obyektində partlayış – İsrail casusu Reza Qədimi İranı necə tərk edib?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın nüvə müqaviləsi sahəsində Amerika Birləşmiş Ştatları və digər 4 ölkənin nümayəndələri ilə danışıqlara başlaması haqqında məlumatlar qəzet başlıqlarından düşməmiş Natanzda yerləşən uranın zənginləşdirilməsi zavodunda partlayış diqqət mərkəzinə gəldi. Burada baş verən hadisənin səciyyəsi və dəymiş ziyanın miqyası haqqında heç bir məlumat verilməmiş İran hakimiyyət orqanları İsraili günahlandırmağa başladılar. Bu da təbiidir. İsrail İranın nüvə əldə etməsini öz mövcudluğu üçün təhlükə sayır və buna qarşı əlindən gələni edəcəyini ən yüksək tribunalardan elan edir”.

7times.az xəbər verir ki, bu barədə politoloq Əlimusa İbrahimov bildirib.

Onun sözlərinə görə, İran Xüsusi Xidmət Orqanları 43 yaşlı Reza Qadiminin izinə Natanzdakı nüvə zavodunda partlayış yaratması ilə əlaqədar düşdükləri haqqında məlumat yayıblar:

“İslam Respublikasının hakimiyyət orqanlarının verdiyi məlumata görə, onun şəxsiyyəti və törətdiyi cinayət əməli məlum olduqdan sonra o ölkədən qaçıb. Amma pandemiya şəraitində şübhəlinin hansı yollarla və kimin köməyi ilə İrandan qaçdığı haqqında məlumat verə bilmir. Amma bildirilir ki nüvə zavodunda partlayışa bir neçə saat qalmış Qadimi ölkəni tərk edə bilib. İran zavoddakı partlayışla bağlı İsraili günahlandırmaqda davam edir. Yayılan məlumata görə zavodun 43 yaşlı işçisi Reza Qədimi partladıcı qurğunu obyektə keçirirərək yerləşdirə bilib”.

Politoloq bildirib ki, xüsusi xidmət orqanları Reza Qədiminin izinə düşdükdən sonra o, İrandan qaçıb:

“Partlayış  aprel ayının 11-də nüvənin zənginləşdirilməsi zavodunun elektrik paylayıcı şəbəkəsində baş verib. Zavod rəhbərliyi zərər çəkənlərin olmadığı və ətraf mühitin çirklənməsinin baş vermədiyi haqqında məlumat verib. İranın vitse – prezidenti, ölkənin Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Əli Əkbər Salehi bəyan edib ki, nüvə obyektinə hücum “nüvə müqaviləsi” sahəsində  danışıqların bərpa edilməsinə və Tehrana qarşı sanksiyaların aradan götürülməsinə qarşı çıxan qüvvələrin məğlubiyyətə düçar olmalarını bir daha sübut etdi. Söhbət  İran ilə BMT Təhlükəsizlik Şurasının 5 üzvü arasında 2015-ci ildə bağlanmış sanksiyaların aradan qaldırılması əvəzinə İranın nüvə sahəsində tədqiqatlarının dayandırılmasını nəzərdə tutan  Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) gedir. Tramp İsrailin ciddi təzyiqləri altında 2018-ci ildə bu müqavilədən birtərəfli qaydada çıxdı və digər 4 ölkəni də öz ardınca aparmağa çalışdı. Amma Prezidentlik səlahiyyətlərinin başa çatması Trampa bu sahədə işini başa çatdırmağa imkan vermədi. Bayden hakimiyyəti isə İranla danışıqlara qayıtmaq haqqında qərar qəbul edib və əldə olan məlumatlara görə danışıqların bir neçə mərhələsi artıq keçirilib”.

Ə.İbrahimov deyib ki, Baydenin bu sahədə atdığı addım İsraildəki siyasətçiləri ciddi narahat etsə də siyasi yollarla danışıqların qarşısını ala bilmirlər:

“Onlar Bayden administrasiyasına da hələ yetərincə təsir imkanına malik deyillər. Təkcə bir yol qalır ki, bu da danışıqların uzadılmasına nail olmaq. Onlar Baydenin hakimiyyətdə olacağı ilk dövr ərzində sanksiyaları saxlaya biisələr çox böyük nailiyyət əldə etmiş olacaqlarını düşünürlər. İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif də Natanzdakı nüvə zavodunda törədilən partlayışda  İsrailin barmağı olduğu haqqında məlumat verib. Xarici İşlər idarəsi rəhbərinin söylədiklərinə görə Təl-Əviv nüvə sahəsində aparılan danışıqlara mane olmaq üçün bu addımları atır. ”İsraildən olan siyasətçilər və hərbçilər açıq şəkildə elan edirlər ki, bu işdə irəliləyişin əldə olunmasına yol verməyəcək və İrana qarşı ədalətsiz sanksiyaların aradan qaldırılmasının qarşısını alacaqlar. Bu gün hədəflərinə çatdıqlarını düşünürlərsə, yanılırlar. Bizim İsrailə cavabımız nüvə sahəsində əldə edəcəyimiz yeni-yeni nailiyyətlər olacaq”- Zərif bildirib. “İranın İsrail rejiminə cavabı yerində və zamanı gəldikdə veriləcək. Natanz nüvə zavodunda insanlara və ətraf mühitə heç bir ziyan dəyməyib. Amma əksinə ola bilərdi. İnasanlığa qarşı cinayət hadisəsi baş verə bilərdi” – deyə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Hətibzadə bildirib”.

Politoloq hesab edir ki, İran İsrailə qarşı nübarizəni ilkin olaraq öz daxillərində başlasa daha böyük uğur qazanar:

“Çox maraqlı vəziyyətdir. İranda nüvə məsələsi ilə bağlı hər dəfə bu və ya digər hadisə baş verdikdən sonra  böyükdən-kiçiyə hamı İsrailə qarşı “əlinə silah” alır və onu yerlə yeksan etməyə qalxır. Amma onlar İsrail kəşfiyyatının “əməllərindən” İranın daxilində öz alimlərini, nüvə zavodlarını qorumaqda çətinlik çəkir, bunu bacarmırlar. Onlar İsrailə qarşı nübarizəni ilkin olaraq öz daxillərində başlasalar daha böyük uğur qazanmazlarmı? Paradoks. Artıq 13 apreldə İran Xarici İşlər Nazirinin müavini Abbas Araqçı bəyanat verdi ki, İran uranın 60% zənginləşdirilməsi istiqamətində fəaliyyətə başlayıb. Bunda başqa Natanz nüvə zavodunda minlərlə yeni sentrifuqanın yerləşdirilməsi həyata keçiriləcək. İranın bu addımı əvvəllər baş versəydi, Amerika və Avropadakı dövlətlər onu qınaq obyektinə çevirər və sanksiyaları daha da genişləndirərdilər. Natanzdakı partlayış fonunda P5+1 ölkələri İslam Respublikasını tənqid etməyə səbəb tapmırlar kimi görünürlər. Bu vəziyyət İran üçün daha əlverişlidir. Həm danışıqlar gedir, həm də uran əvvəllər icazə verimiş 3% faiz əvəzinə 60% faiz zənginləşdirilir. Əvvəllər olduğu kimi bu dəfə də İsrail rəsmiləri İranda baş verən son hadisələrdə əlləri olduğunu təsdiq etmirlər. Amma nüvə danışıqlarının Vyanada başlanması və uranın İran zavodlarında daha yüksək səviyyədə zənginləşdirilməsini İsrail qəbul edə bilmir. İran nüvə obyektləri və bu sahədə danışıqları müzakirə etmək üçün İsrailin Baş Naziri Benyamin Netanyahu 18 apreldə Kabinetin Təhlükəsizlik Komitəsinin iclasını çağırıb”. yenisabah.az