Dünya

“O gedəndə yol polisləri ağlayırdılar”  – müfəttişlərin “qazanc mənbəyi” olan futbolçu

“O gedəndə yol polisləri ağlayırdılar”  – müfəttişlərin “qazanc mənbəyi” olan futbolçubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olur ki, braziliyalı hücumçu Jaja Koelo təkcə Xarkov azarkeşlərinin deyil, həm də yerli yol polislərinin sevimlisi olub.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə Jajinin “Metallist”dəki keçmiş tərəfdaşı Edmar danışıb.

“Jojo haqqında çoxlu hekayələr var. Məsələn, özünə “Range Rover” almışdı. Və maşınında polislərdəki  kimi bir səs siqnalı var idi. Bir yanıb -sönən (“miqalka” deyil, bir düyməni basan kimi bir səs çıxarırdı. Yolda onun hərəkətinə icazə verilməsi üçün düşünmüşdü. Hamı maşının nömrəsini bilirdi və daim onu cərimələyirdilər. Ancaq buna baxmayaraq siqnalı yığışdırmırdı. Cəriməsini vaxtında gedib ödəyirdi. Güman edirəm ki, Jaja gedəndə dövlət yol polisinin əməkdaşları ağlayıblar”, – Edvar müsahibəsində söyləyib.

Xatırladaq ki, Jaja Koelo Xarkovun “Metallist” klubunda 2008-ci ildən 2010-cu ilədək, eləcə də 2013-2014-cü illərdə çıxış edib.

Jaja ən baxımlı qolunu 2008-ci ildə 40 metrlik məsafədən “Beşiktaş”ın qapısından keçirib. “Metallist” Türkiyə klubunu 4:1 məğlub edərək tarixində ilk dəfə UEFA Kubokunun (indi Avropa Liqası adlanır) qrup mərhələsinə vəsiqə qazanmışdı.

Jajanın hazırda 35 yaşı var. O, sonuncu dəfə Tailandın “Çianqray Yunayted” klubunda oynayıb.

2021-ci ilin yazında Asiya futbol konfederasiyası Koelonu dopinq əleyhinə qaydaları pozduğuna görə 4 il diskvalifikasiya edib.