44 günlük Vətən müharibəsi dövründə Xankəndidə yaşayan erməni əsilli sakinin Azərbaycan əleyhinə çıxışını bir çoxları xatırlayır. O, ağızdolusu ilə meydan oxumaq istəyərkən fonda gələn mərmi səsi, maskasını yırtır və sığınmağa yer axtarır. Əlində olsa, bəlkə də bir anda Qarabağı tərk edərdi.
Amma partlayış səsindən öncə deyir: “Biz qalib gələcəyik, 120 min nəfər olsaq da, onlar milyonlarla olsa da, inanın mənə…” Və partlayış səsi… Başını götürüb qaçır.
“Bez tormozov” kanalı bununla bağlı video hazırlayıb və sözügedən görüntünün ardınca həmvətənimizin məğrur çıxışı təqdim olunur. Partlayış səsinə rəğmən dik duruşu və qətiyyətli, əzmkar, vüqarlı görkəmi, o cümlədən nitqi ilə Qarabağ torpaqlarının kimə məxsus olduğunu göstərir.
Sübut edir ki, hansı can, ruh haraya bağlıdır. Bu torpaqlar kimə məxsusdur. Elə görüntüləri lentə alan jurnalistləri də müqayisə etsək eyni sözləri demək olar.
Xatırlatmaq yerinə düşər ki, “Şuşa, sən azadsan!” filmində Şuşanın işğaldan azad edilməsi əməliyyatında iştirak edən hərçilərimizdən biri deyir: “Şuşa şəhərinin azad olunmasında təkcə Azərbaycan əsgəri döyüşmürdü. Həm də Şuşa şəhərinin özü döyüşürdü. Dediyim kimi, Şuşa qalasının özü döyüşürdü. Şuşa qalasının divarları döyüşürdü. Şuşanın binaları döyüşürdü, əsgərləri qoruyurdu, müdafiə edirdi. Hətta belə deyim ki, təbiət döyüşürdü…”
Təbiət belə, azərbaycanlılara bağlılığını göstərir…
Rahat ol, Vətən! Rahat uyuyun, şəhidlərimiz, ruhunuz şaddır! Başınız ucadır, şəhid ailələri! Üzünüz ağdır, igid döyüşçülərimiz!
Ölkə.Az
Follow @7timesaz