Bu gün Milli Məclisin deputatı (55 saylı Xaçmaz şəhər SD )Eldəniz Səlimovun Nabran istirahət zonasında sərxoş halda polis əməkdaşına fiziki zor tətbiq edərək ona bədən xəsarəti yetirməsi barədə məlumatlar yayılıb.Əvvəlcə onu qeyd edim ki, fakt bütünlüklə həqiqəti əks etdirir və bu onun ilk belə qeyri-etik davranışı deyil.Eldəniz Səlimovun işi-gücü yeyib-içib keyf eləməklə keçir.O vaxtaşırı olaraq içki məclisləri təşkil edib əylənməklə məşğuldur.Və sərxoş halda xidməti nəqliyyat vasitəsini idarə etməsinin şahidi də çox oluruq.Onun belə yüngül həyat tərzinə olan aludəçiliyini qoyaq bir kənara, Eldəniz Səlimovun polisə qarşı olan bu qəzəbinin səbəbi isə bir neçə il bundan əvvələ təsadüf edir.
7Times.az xəbər verir ki, xidməti istifadəsində olan 27-AA-004 dövlət nömrə qeydiyyatlı “mersedes” markalı nəqliyyat vasitəsinin cərimələrinə görə Milli Məclisin qarşısından cərimə meydançasına aparılması onda polisə qarşı nifrət yaradıb.Məhz o gündən indiyədək bütün davranışlarında polisə qarşı olan aqressiv münasibəti hər zaman hiss olunur.Bir neçə il bundan öncə də onunla polis arasında xoşagəlməz bir insident yaşanıb.Xaçmaz RPŞ – nin keçmiş rəisi Nafəl Məhərrəmova zəng edib, “əmr” tonunda danışmasından sonra polis rəisi ilə deputat arasında qalmaqal yaşanıb.Çevrəsində olan dostlarının ortaya girməsindən sonra məsələnin uzunmasının qarşısı alınıb və bu söz-söhbətə son verilib.Amma yəqin ki, son hadisədən sonra onun barəsində Milli Məclisin intizam komissiyası tərəfindən tədbir görülər.Aşkaranə formada içki məclislərində iştirak etmək,sərxoş olub qeyri-etik davranışlar sərgiləmək ,sərxoş halda nəqliyyat vasitəsini idarə etmək bir deputata yaraşmayan hərəkətlərdir.Qeyd edimki Eldəniz Səlimov YAP-nın üzvüdür və onun Milli Məclisə namizədliyi partiya tərəfindən verilib.
Cəlal Fərzəliyev
Follow @7timesaz