Manşet

O torpaqlar Eldar Orucovundur və bütün sənədləri qaydasındadır – VİDEO

O torpaqlar Eldar Orucovundur və bütün sənədləri qaydasındadır – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyd edək ki, 26 aprel 2021-ci il tarixində Quba rayonunun Vəlvələ inzibati ərazi dairəsində kənd sakinlərinin istəyi əsasında çəkiliş aparmışdıq. Sakinlər uzun illər ümumi istifadələrində olan 60 hektardan çox örüş torpaqlarının naməlum şəxs və yaxud şəxslər tərəfindən əllərindən alınmasını bildirmişdi.

Vətəndaşlar həmin ərazilərin SOCAR-ın şöbə olan Eldar Orucov tərəfindən zəbt edildiyini iddia etmişdi. Çəkilişdən sonra müvafiq dövlət qurumları əraziyə baxış keçirmiş və torpaq sahələrinin sənədləşməsi yoxlanılmışdır.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 7times.az-a verilən məlumata görə, sözü gedən torpaq sahələrinin bütün qanuni torpaq aktları  qaydasındadır və həmin ərazidə hər hansı bir qanunsuz zəbt halı yoxdur.