“Arıqlamağın yolu depressiyadır. Kim arıqlamaq istəyirsə, depressiya yaşasın. Depressiyaya düşəndə yemək yemirəm və beləcə arıqlayıram. Əsəb, stress bunlar hamısı məni arıqladır”.
7Times.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə “MTV maqazin” verilişinə müsahibəsində deyib.
Bu sənət yolunda dəstəyinin olmadığını bildirən ifaçı bütün yükü öz çiyinlərində daşıdığını söyləyib:
“Bir var kimsə sənə dəstək olsun, düşünəsən ki, köməyin var. Bir də var ki, bütün yük bir qadının üzərindədir. Yəni, bunlara görə arıqlamamaq mümkün deyil”.
Şəxsi həyatı ilə bağlı etiraflar edən Türkan ailə həyatı qurduqdan sonra həyat yoldaşını ekranlardan və efirlərdə uzaq tutacağını dilə gətirib:
“Hələ ürəyimi verəcəyim insan yoxdur. Allah nə zaman qismət edəcək, onda da üzümə ailə qurmaq qapıları açılacaq. O zaman pis olaram ki, ailə quraram və bundan sonra problemlərlə üzləşərəm. Amma həyatın işini bilmək olmaz. Niyə kiməsə görə, ailəmdə əziyyət çəkim? Artıq bunun danışını atmışam.
Özüm üçün yaşayıram. Ailəmi gündəmə gətirmərəm. Nişanımda və ya toyumda hər hansıaa çəkişlər ola bilər, yəni həyat yoldaşımı tamaşaçılar görə bilər. Daha sonra, həyat yoldaşımı gündəmə gətirmərəm. Xoşbəxt olduğum zaman görürlər ki, xoşbəxtəm. Amma bir problem çıxanda niyə bədbəxtçiliyimi tamaşaçılara yansıtmalıyam? Onların ehtiyacı da yoxdur ki, bunu görsünlər. İstəyərəm ki, qapalı ailəm olsun”.
Follow @7timesaz