Sağlamlıq

Öd kisəsində daşların yığılmaması üçün nə etmək lazımdır?

Öd kisəsində daşların yığılmaması üçün nə etmək lazımdır?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Öd daşı xəstəliyi bizim ölkədə kifayət qədər yayılmış xəstəlikdir.

Saglamolun.az xəbər verir ki, mütəxəssislər öd kisəsində daşların yığılmasının qarşısını almaq üçün bu kimi əsas qaydalara riayət etməyi çağırır:

– Qidalanmada yağlı və qızardılmış qidaların miqdarını azaldın.

Belə qidalar ödün qatılaşmasına səbəb olur ki, bunun nəticəsində öd daşı xəstəliyinin riski də artır.

– Qida qəbulları arasında uzun məsafələr saxlamayın.

Bu ödün qatılaşmasına və daşların əmələ gəlməsinə gətirib çıxardır. Gün ərzində 4-5 dəfə qida qəbul etmək lazımdır.

– Ac qalmayın.

Ac qalmaq və çox ciddi pəhrizlər saxlamaq da öd kisəsində daşların yığılmasına səbəb ola bilər.

– Bədən çəkinizi normada saxlayın.

Artıq çəki və piylənmə zamanı öd kisəsinin fəaliyyəti pozulur və bu da öd daşı xəstəliyinə səbəb ola bilər.

– Hərəkətli olun.

Azhərəkətli həyat tərzi həzm prosesləri, maddələr mübadiləsi, qan dövranının sürətini azaldır ki, bu da bir çox pozulmalara və o cümlədən öd kisəsində daşların əmələ gəlməsinə təkan verə bilər.

– Daha çox meyvə və tərəvəzləri yeyin.  

Bu məhsullar ödü durulaşdırır və öd daşı xəstəliyinin riskini azaldır.

– Yatmazdan qabaq çox yeməyin.

Yuxu zamanı həzm prosesləri yavaşıyır və bu da bir çox pozulmaların və o cümlədən öd daşı xəstəliyinin riskini artırır.