Cəmiyyət

“Oğlumun əfv olunması üçün Prezidentə müraciət etmişəm” – Hüseyn Abdullayevin anası

“Oğlumun əfv olunması üçün Prezidentə müraciət etmişəm” – Hüseyn Abdullayevin anasıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüseyn Abdullayevin əfv edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət etmişəm və inanıram ki, bunun nəticəsi olacaq”. 

7Times.az xəbər verir ki, bunu Qaynarinfo-ya hazırda həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva deyin. O əlavə edib ki, Hüseyn Abdullayev hər zaman mərhum Prezident Heydər Əliyevə və ölkə başçısı İlham Əliyevə sadiq olub:

“Hüseyn Abdullayev ümumilli lider Heydər Əliyevin ən çox inandığı şəxslərdən biri olub. Hüseyn Abdullayev də həmişə ona və cənab İlham Əliyevə sadiq olub. İnanıram ki, cənab Prezident mənim müraciətimi nəzərə alaraq, ümumilli liderin 100 illiyində onun azadlığa çıxmasını təmin edəcək. Onun atası humanist şəxs olub, hörmətli İlham Əliyev də onun kimi humanistdir. Bu baxımdan, Hüseyn Abdullayevin azadlığa buraxılacağına inamım böyükdür. Mənim də artıq 73 yaşım var. İnanıram ki, cənab Prezident yaşlı ananın oğluna qovuşmasını təmin edəcək”.

Hüseyn Abdullayev 2018-ci ildə Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2 (vergi ödəməkdən yayınma), 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə ittiham eilan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 2019-cu ildə Bakı Hərbi Məhkəməsi hakim Həbib Həsənov Hüseyn Abdullayevə 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.