Cəmiyyət

Oğluna toy edən icra başçısı niyə cəzalandırılmır? – İDDİA

ŞİKAYƏT

Oğluna toy edən icra başçısı niyə cəzalandırılmır? – İDDİAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Akademik, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə öz baş evində toy mərasimi qurmasına görə artıq kürəkəni, sabiq millət vəkili İlham Əliyev 15 sutka həbsə məhkum edilib.

7times.az xəbər verir ki, bu, Azərbaycanda bir daha qanunun hər kəsdən uca olduğu, Prezident İlham Əliyevin “heç kəs toxunulmaz deyil” sözlərinin arxasında böyük siyasi iradə durduğunu nümayiş etdirdi.

Bu məqamda isə əlbəttə ki, Bərdə rayon icra başçısı Vidadi İsayevin bir müddət öncə Yevlaxdakı villasında oğluna toy mərasimi qurması yada düşür.

Yevlax sakinlərinin saytımıza göndərdiyi məlumatda bildirilirdi ki, icra başçısı öz villasında keçirdiyi mərasimə kifayət qədər qonaq da dəvət edibmiş. Toyda yayılan görüntüdə də villanın həyətində masaların qurulduğu, qonaqların qarşılanmasına hazırlıq görüldüyü aydın əks olunub.

V.İsayev mediaya açıqlamasında oğlunun bir ildir nişanlı olduğunu, iyulun 3-də isə iki tərəfin razılığı ilə gənclər VADQ-a gedərək, öz nikahlarını rəsmiləşdirildiyini bildirmişdi. İddia edirdi ki, qonaq-filan olmayıb, toy mərasimi də keçirilməyib.

“Sizi və oxucularınızı əmin edirəm ki, nəinki toy mərasimi, hətta ailədaxili hansısa qonaqlıq belə təşkil edilməyib. Ancaq görünür, gənclərin atdığı bu addımdan kimlərsə öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə ediblər”, – deyə başçı Report-a açıqlamasında demişdi.

Maraqlıdır, hətta “ailədaxili hansısa qonaqlıq belə təşkil edilməyib” deyə iddia edən Vidadi İsayev oğlunun nişanlısı ilə redaksiyamıza göndərilən fotosunun yanındakı masa və o masanın qonaqlıq üçün hazırlanmasından niyə danışmayıb? Ən azı, o fotoya görə “ailədaxili qonaqlıq olub” etirafını etmək lazım gələrdi.

Bu fakt isə bir daha təsdiqləyir ki, Yevlax sakinlərinin iddiası həqiqəti əks etdirir.

Qeyd etdiyimiz kimi, V.İsayev öz timsalında nümunə olmağı bacarmadığını da nümayiş etdirib. Çünki bir il əvvəl nişanlanan oğluna mərasimi bir neçə ay da ertələməklə, koronavirus pandemiyasında tədbir etməmək gərəkdiyini rayon əhalisinə göstərmiş olardı. Əvəzində isə toy mərasimi ilə rayon əhalisində koronavirusla bağlı qadağanın “icra başçılarına aid olmadığı” haqda yanlış təsəvvürlərə yol açmazdı. axar.az