Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş–xaş 2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar
edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 7times.az-a verilən məlumata görə, ümumi çəkisi 3 tondan artıq olan 2900 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.