Bu ilin doqquz ayında ölkədə 1152 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,9 milyon manat güzəştli kredit verilib.
7times-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial şəbəkə hesabında yazıb.
“Sahibkarlara dəstək çərçivəsində bu ilin doqquz ayında 1 152 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən yararlanmaqla investisiya layihələrinın reallaşdırılması 1 800-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq”, – deyə nazir qeyd edib.//BAKU.WS
Follow @7timesaz