“Hazırda heç kim doğru məlumat verə bilməz ki, Azərbaycanda koronavirusun yeni ştammı var”.
7times.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.
TƏBİB rəsmisi bildirib ki, bu gün ölkədə PCR üsulu ilə virusun mövcudluğunu təsdiq etmək mümkündür:
“Virusun növünü, mutasiyasını və yeni ştammlarının olduğunu araşdırmırıq. Bu gün məlum olan ştamm haqqında dəqiq məlumat odur ki, yoluxma sürəti daha yüksəkdir.Daha ağır xəstəlik törədir, yaxud daha çox ölümə səbəb olur, fəsadları meydana çıxır kimi məlumatlar tam məlum deyil”.
Follow @7timesaz