Ölkə

Ölkəmizdə nəsilvermə əmsalı azalır: Kəndlərdə proses daha sürətlə gedir

Ölkəmizdə nəsilvermə əmsalı azalır: Kəndlərdə proses daha sürətlə gedirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son 10 ildə ümumi nəsilvermə əmsalı azalır.

7Times.az  rəsmi məlumatlara istinadən xəbər verir ki, 2011-ci ildə nəsilvermə əmsalı 2,4 olduğu halda 2016-cı ildə 2-yə, 2020-ci ildə 1,7-yə düşüb.
Ümumi nəsilvermə əmsalının pisləşməsi şəhər yerləri ilə müqayisədə kənd yerlərində daha sürətlə gedir. Nəsilvermə əmsalı şəhər yerlərində 2011-ci ildə 2,2 olduğu halda, ötən ilin sonunda 1,6-ya düşüb. Amma kənd yerlərində əmsal 2,6-dan 1,8-ə qədər geriləyib. Nəsilvermə əmsalında azalma sürəti kənd yerlərində daha böyük olub.
Qeyd edək ki, ümumi nəsilvermə əmsalı dedikdə reproduktiv yaşda, yəni 15-49 yaşları ərzində bir qadının orta hesabla neçə uşaq doğa bildiyi nəzərə alınır. Bu göstərici orta hesabla bir qadın üçün hesablanır.
Nəsilvermə əmsalının azalması əhalinin gənc hissəsinin azalmasının, yaşlı hissəsinin isə artmasının xəbərçisidir.
Sfera.az