Ölkə

Ölkəmizi qlobal iqtisadi təhdidlərdən bu xilas edir

Ölkəmizi qlobal iqtisadi təhdidlərdən bu xilas edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hələlik Azərbaycanda iqtisadi artımla əlaqədər ciddi problem yoxdur və ilin sonuna qədər olacağını düşünmürəm.

Bu sözləri Axar.az-a deputat Vahid Əhmədov qlobal iqtisadi artım proqnozlarının aşağı düşməsinin Azərbaycan iqtisadiyyatında yarada biləcəyi təsirlər barədə danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycana təsirlərin az olmasının səbəbi neftin ÜDM-dəki payının yüksəkliyidir:

“Neftin qiyməti kifayət qədər yüksəkdir. Ölkəmizdə də neftin ümumdaxili məhsulda payı yüksəkdir. Həmçinin, indiki dövrdə ölkədə qeyri-neft sektorunun inkişafına nəzər yetirsək, dünyada iqtisadi artımın aşağı enməsi Azərbaycan üçün problem yaratmır”.

V.Əhmədov həmçinin deyib ki, ölkədə ən ciddi problem Azərbaycana idxal olunan məhsulun qiymət artımı və inflyasiyadır:

“Hazırda müəssisələr işləyir və xaricdən gələn kompanentlə əlaqəli ciddi problem yoxdur. Amma onu da qeyd etmək lazımdır ki, Ukrayna-Rusiya müharibəsi, Rusiya-Qərb qarşıdurması uzun müddət davam edərsə, müəyyən problemlərin yaranması qaçılmaz olacaq. Çünki bizim Rusiya və Ukrayna ilə kifayət qədər idxal və ixracımız var”.

Deputat bildirib ki, Azərbaycanda Qarabağ azad olunandan sonra iqtisadi imkanların daha da artması üçün şans yaranıb. Hazırda böyük işlər həyata keçirilir:

“Məsələn, Ələt Azad İqtisadi Zonasında keyfiyyətli işlər həyata keçirilir. Oranın Azərbaycan üçün əlavə gəlir mənbəyi olacağı gözlənilir. Çünki burada bir çox zavod və fabriklər fəaliyyət göstərəcək. Hesab edirəm ki, indi ölkə olaraq bu problemlərin öhdəsindən gəlirik”.