Türkiyənin Taşköprü rayonunda yaşayan Firdevs və Erol Ünal cütlüyü ölmədən əvvəl özlərinin məzarları hazırladıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hər gün bir neçə saat məzarda qalan cütlüyün məzar daşına yazılmış sözlər isə görənlərin marağına səbəb olub.
Onlar məzar daşında bu sözləri qeyd etdirib: “Yaxşı gündə də, pis gündə də birlikdə”.
Firdevs və Erol Ünal cütlüyü Taşköprü mahalına bağlı Erik kəndinin Şaban Məhəlləsində uzun illər İstanbulda işlədikdən sonra təqaüdə çıxdıqdan sonra 7 ay əvvəl kəndlərinə qayıdıblar. Xəstəlikləri nəticəsində ölümü düşünməyə başlayan cütlük uşaqları olmadığı üçün ölməzdən əvvəl məzarlarını tikdirməyə qərar verib.
Follow @7timesaz