50 ilə yaxın “ölüm mələkləri” ilə dostluq edən Mirhəsən Ağa gürzələrlə çəkdirdiyi yeni videoları paylaşıb.
Mirhəsən el arasında türkəçarə loğman və təbiət vurğunu kimi tanınır. Bu şəxs istənilən heyvanla, o cümlədən insanların ən qorxudğu gürzələrlə belə dostluq etməyi bacarır. Məhz bunun nəticəsidir ki, onilliklərdir ki, Mirhəsən Ağa evində gürzələrə saxlayır, onlarla səmimi dostluq edir.
Qeyd edək ki, “ölüm mələkləri” ilə dostluq edən edən Mirhəsən ağanın valdeynləri 1953-cü ildə SSRİ dövründə İranla sərhədlərin çəkilməsi zamanı Yardımlının Perimbel kəndindən Aran bölgəsinə köçürülüb. Mirhəsənin atası Mirhadi ailəsi ilə daha sonra Ağdamın Əhmədavar kəndində məskunlaşırlar.
Mirhəsəni digər insanlardan fərqləndirən cəhət isə həyatı boyu ilanlarla münasibət quraraq dostluq etməsidir. Onun bu hərəkəti əvvəlcə hamıda təəccüb doğurub. Bir çoxları hətta onunla ünsiyyətdə olmaqdan çəkinib. Elələri olub ki, “seyiddir, ilanlar da seyidə toxunmaz, ilanlar onların gözətçisdir” kimi fikirlər səsləndiriblər.
Mirhəsən ağa özü isə deyir ki, lap uşaqlıq dövründə, məktəbli olmazdan öncə ilanlara həvəsi olub. Ən müxtəlif növ ilanları tutub evə gətirərdim. Hətta onların arasında gürzə də olub.
Deyir ki, bir dəfə evə bir gürzə gətirmişdim, həyətdəki pişiyi gördü və onu sancıb öldürdü: “Ondan sonra insanların gürzədən niyə bu qədər qorxduğunu anladım. Sən demə gürzə çox zəhərli ilan imiş”.
O deyir ki, Azərbaycanda ümumiyyətlə 30-dək ilan növü var: “Onlardan 6-sı yarızəhərli, 5-6 növ isə çox zəhərli ilanlardır. Gürzələr isə ən zəhərli və insan həyatı üçün ən təhlükəli ilan hesab olunur. Azərbaycanda ən geniş yayılan gürzə növü Qafqaz gürzəsidir. Onun başqa növləri də var. Naxçıvanda daha bir neçə növ gürzə var. Bu ilanlar haradasa 2 metrədək olur”.
Mirhəsən onu da əlavə edir ki, hazırda yaşı 20-dək olan və 15 ildir dostluq etdiyi və birgə yaşadığı Qafqaz gürzəsinin uzunluğu 2 metr, ağırlığı isə 6 kq-dəkdir.
Mirhəsən deyib ki, 15 il dostluq etdiyi ilan erkək olduğundan əlavə bir dişi gürzə tapıb “evləndirdim”. Gördüm darıxır, Göyçaydan ona bir dişi gətirdim. O gəncdir və bir az da aqressivdir. Hələ ki, ünsiyyətdə aqressivlik göstərir.
Mirhəsənin sözlərinə görə, ilanlarla ünsiyyət qurmaq üçün əvvəlcə onların xüsusiyyətlərini öyrənir, sonra dostluq edir: “Onlarla dostluq maraqlıdır. İlanların fərqli gəzmə, istirahət və əylənməsi var. Eləsi olur ki, açıq havada özü üçün uzanır, eləsi də olur ki, boynuma sarılmağı xoşlayır”.
İlanlarla bağlı dostluğu və onların etibarlı olması haqqında bir maraqlı məqamı da deyib: “1993-cü ildə Ağdamın işğalı zamanı Əhmədavardan ancaq özümüzü xilas edib Quzanlıya gəldik. Bir neçə aydan sonra isə Əhmədavardakı evlərində dostluq etdiyi ilan gəlib onu Quzanlıda tapıb”.
Mirhəsən Ağa sonuncu videosunda gürzəni qucağında saxladığını və onunla necə nəvazişlə davarndığını göstərən iki video paylaşıb. Bildidir ki, gürzənin zəhər vəzi dolsu olsa da, mənə toxunmur. “Əgər istəsə mənə çalar və mənim həyatım həmin anda sönər. Amma vurmur. … Qaqulya stoy (yəni-dur). Başını sürtür əlimə…”- Mirhəsən deyir.
İndi isə onun ilanlarla dostluğunu əks etdirən videoları oxuculara təqdim edirik.