Aktual

Omikronu “yay virusları”ndan necə fərqləndirək? – Həkim açıqladı

Omikronu “yay virusları”ndan necə fərqləndirək? – Həkim açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusun “Omikron” ştammı, bağırsaq virus infeksiyalarından fərqli olaraq, boğaz ağrısı və öskürəklə müşayiət olunur.

7Times.az  oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Yevgeni Timakov bildirib.

Onun sözlərinə görə, yay özü ilə bir sıra infeksion xəstəliklər gətirir.

“Bunlar müxtəlif bağırsaq viruslarıdır – enterovirus, rotavirus, norovirus və s. Əgər xəstəlik ürəkbulanma, qusma, bağırsaq pozğunluğu və yüksək hərarət şəklində özünü göstərirsə, çox güman ki, bu, bağırsaq virus infeksiyasıdır”, – deyə Timakov izah edib.

Mütəxəssis əlavə edib ki, əgər bu əlamətlərə öskürək, asqırma, boğaz ağrısı əlavə olunursa, deməli, insan, çox güman ki, “Omikron”a yoluxub.

Bununla belə, həkim COVID-19-u simptomlarla müəyyənləşdirməyi məsləhət görməyib və dəqiq diaqnozun yalnız PZR testi ilə müəyyən edildiyini vurğulayıb.