Ölkə

Onlar 20 ildən artıqdır icra başçısı işləyir – SİYAHI

Onlar 20 ildən artıqdır icra başçısı işləyir – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyevin Şəmkir və Cəlilabad rayonlarına təyin etdiyi yeni icra başçılarını videoformatda qəbul zamanı səsləndirdiyi problemlər bu kateqoriyadan olan məmurları yenidən gündəmə gətirib.
7Times.az bildirir ki, Prezident bu dəfə kifayət qədər ciddi məqamlara toxundu və xəbərdarlıq etdi ki, dövlət əmlakını mənimsəyənlərə güzəşt olunmayacaq. Xüsusilə korrupsiyanın ən çox yol verildiyi tenderlər məsələsinə diqqət çəkdi.
Prezidentin bu çıxışı mediada, sosial şəbəkələrdə müzakirə olundu və şərh edildi. İrəli sürülən fikirlərdən biri də budur ki, bir şəxsin uzun müddət eyni vəzifədə qalması əksər hallarda neqativ halların ortaya çıxmasına səbəb olur.
Ötən gün “Yeni Sabah”a açıqlama verən ictimai xadim Baba Vəziroğlu da Azərbaycanda icra başçıları ilə bağlı islahatların davam etməsinin vacibliyini vurğulamışdı.
Bu məqamda “Yeni Sabah” Azərbaycanda 10 ildən artıq icra başçısı vəzifəsi tutan şəxslərin siyahısını tutub. Onların içərisində elələri var ki, 10 ildən artıqdır eyni rayonda rəhbərdir. Lakin bəziləri də ayrı-ayrı rayonlarda icra başçısı olub və bu gün də eyni titulu daşıyırlar.
Aşağıda uzun müddət icra başçısı olan şəxslərin siyahısını təqdim edirik. Siyahıdakı adlardan sonrakı tarix onun ilk dəfə bu vəzifəyə təyin olunduğu vaxtı, tarixdən sonrakı rayon adı onun ilk dəfə hansı rayona icra başçısı təyin olunduğunu, sonuncu rayon adı isə onun hazırda həmin rayonda rəhbər olduğunu göstərir:
Eyvaz Hüseynov 1992: Xocavənd
Adil Məmmədov – 1994: Oğuz, Qəbələ, Biləsuvar, Qobustan
Novruz Novruzov – 1995: Lerik, Goranboy, Şabran, Siyəzən
Taleh Qaraşov – 1996: Kürdəmir, Cəlilabad, Nertçala, Astara, Lənkəran
Eldar Əzizov – 2000: Nizami, Gəncə, Sumqayıt, Səbail, Bakı şəhəri
Niyazi Bayramov – 2012: Mingəçevir, Gəncə
Zakir Fərəcov – 2005: Abşeron, Sumqayıt
Elxan Usubov – 2011: Şəki
İlqar Abbasov – 2005: Nərimanov, Suraxanı, Şirvan
Süleyman Mikayılov – 2005: Yardımlı, Lənkəran, Qaradağ
Abidin Fərzəliyev – 2003:  Nizami, Nərimanov
Asif Əsgərov – 2006: Zaqatala, Səbail, Nəsimi
Eldəniz Xudiyev 2011: Kəpəz
Tofiq İbrahimov 2010: Lənkəran, Ağdaş
Qəzənfər Ağayev – 2006: Yardımlı, Masallı, Astara
İslam Rzayev 2011: Balakən
Vidadi İsayev 2005: Bərdə, Tərtər
Əhəd Abıyev 2011: Daşkəsən
Alı Alıyev – 2011: Füzuli
Xəzər Aslanov – 2006: Yardımlı, Xızı
Şahmar Usubov: 2000 Xocalı
Musa Şəkiliyev – 2010: Qax
Malik İsaqov – 2001: Qubadlı
Şair Alxasov – 2007: Qusar
Şahin Məmmədov – 2004: Samux, Ağcabədi, Masallı
Eyvaz Qurbanov – 2011: Oğuz
Siraqəddin Cabbarov – 2008: Saatlı, Sabirabad
Alı Qocayev – 2005: Binəqədi, Samux
Bayram Səfərov – 2009: Şuşa
Mənsur Məmmədov – 2005: Zərdab, Göyçay, Ucar
Ayaz Əsgərov – 2011: Qazax, Yardımlı
Mübariz Əhmədzadə – 2007: Qax, Zaqatala
Ramiz Həsənov  – 2011: Zəngilan
Mərdan Camalov – 2005: Şirvan, Zərdab