Müsahibə

“Onu öldürüb sonra öləcəm…” – Tağı Əhmədov ƏSƏBİ REAKSİYA

“Onu öldürüb sonra öləcəm…” – Tağı Əhmədov ƏSƏBİ REAKSİYAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddətdir ki, mediada “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun əlil arabasına möhtac qaldığı qeyd olunur. Bildirilir ki, T.Əhmədov kafedra müdiri olduğu Azərbaycan Memarlıq və İnşaat Universiteti ndə səhhətindəki problemlərlə bağlı 6 aydır işə çıxmır. (Yenisabah.az)

7Times.az xəbər verir ki, musavat.com-a açıqlama verən Tağı Əhmədov bildirib ki, 6 aydır ayaqları xəstədir, amma bədəni sağlamdır:

“Dünən bir verilişə baxıram, orda deyirlər ki, Tağı 6 aydır ölüm ayağındadır. Adamların mənəviyyatı yoxdur, niyə sifarişli yazılar yazırlar? Nə yazırlar yazsınlar.

Salyan nəyidir bilmirəm, orada dedilər ki, ölüm ayağındayam. Amma hələ ölməmişəm. Onu öldürüb sonra öləcəm. 6 aydır xəstəyəm. Yazırlar ki, universitetə gedə bilmirəm. Universitetə necə gedə bilərəm? Yəqin ki, 6 aydan sonra məni pensiyaya çıxararlar, mən də orda öz ərizəmi yazaram. Amma hələlik mənə hər hansı sənəd verməyiblər. Heç kəsdən incimirəm. Universitet dövlət idarəsidir və dövlətin qanunları var. 6 ay xəstə ola bilərəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bilirlər. Yəqin ki, xəstəlikdən sonra məni xəstəliklə əlaqədar pensiyaya çıxarıb universitetdən azad edəcəklər. Qanun hamı üçün qanundur”.