Aktual

“Onun axırı ya dəlixanada qurtaracaq, ya da Hitler kimi başına bir güllə vuracaq…”

“Onun axırı ya dəlixanada qurtaracaq, ya da Hitler kimi başına bir güllə vuracaq…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynada ölüm-dirim müharibəsi davam edir. Mətin Ukrayna xalqının qarşısında Rusiya ayısının əlindən bir şey gəlmir. Artıq Ukraynaya ABŞ, BB, Almaniya, Fransa, Polşa, Baltik ölkələri havadan hucuma və yerdə hərəkət edən tanklar, BMP-lər və başqalarına qarşı mübarizə silahlarını verir. Onsuz da zəif olan rus ordusunun məğlubiyyətinə bir şey qalmayıb. Bu ölkədə keçmiş prezidentdən tutmuş təzə seçilmiş qadınlara qədər hər bir şəxs silaha sarılıb və həqiqətən vətənləri uğrunda ölməyə hazırdır. Putin sifəti, hərəkətləri ilə (onun son hərəkətlərinə diqqət yetirsəniz) 1945-ci ilin yanvarındakı Hitlərə oxşayır. Belə getsə yavaş- yavaş əl-ayağı, başı əsməyə başlayacaq.
Stalini Sovetin qəhrəmanı hesab edən Putin o vaxt Stalinin əmri ilə çəkilmiş dokumental kinolara baxıb, Bolqariya, Polşa, Çexiya, hətta Almaniyada camaatın Sovet ordusunu gül- çiçəklə qarşıladığını görüb, bunun həqiqətən belə olduğuna inanıb və elə birinci gündən ukraynalıların xilaskarımız gəldi deyib onu ağlaya-ağlaya gül-çiçəklə qarşılayacaqlarına  inanırdı. Onun əvəzinə 10 yaşlı uşaqlar da “biz vətənimizi Putin-Mutin deyilən şəxsə vermərik, axıracan vuruşacağıq” dedilər.
Onun axırı ya dəlixanada qurtaracaq, ya da Hitler kimi başına bir güllə vuracaq. Ətrafındakı Hebbelslər (Lavrov, Volodin, Medvedyeva, Medvedyev, Şoyqu və başqaları) tribunalda cavab verəcəklər. Ukraynaya qarşı törədilmiş cinayətlərin cavabı verilməlidir. 2014-cü ildən bu günə qədər Ukraynada 15 mindən çox adam həlak olub, Krımı yerli xalq tərk etməyə məcbur edilib, bunun cavabı verilməlidir. Mən məmnuniyyətlə o günün gəlməsini gözləyərdim.
Rəsul Quliyev, eks spiker