Nadir Qafarzadə nə küçükdü ki, biz ona irad bildirək. Onun qeyrəti, kişiliyi olsa idi, bu qədər bizim qardaş-bacılarımız Türkiyədə dağıntılar altında qalıb. Həmin ərəfədə gedib orda qələt edib ad günü keçirməzdi. Elə səviyyəsiz adamları şişirib ortaya da çıxarmaq olmaz.
Ona görə, onu məhkəməyə verən şəxs çox düz edib. Düşünürəm ki, onları çox şişirtməyək. Mediamızın hörmətli nümayəndələri çox şişirdir o Nadir Qafarzadəni. Çox şişirməyin onları. Onlar mənasız adamlardır. O əgər deyirsə ki, ruslar türkdən yaxşıdı, gör nə qədər simasını itirmiş adamdı ki, 20 yanvar günü ruslar Azərbaycan xalqını qırdı, yenə gedib rusdan yapışır.
Əgər ictimai qınaq yüksək səviyyədə təşkil olunubsa, hər halda Nadir Qafarzadəni bundan sonra xeyirə-şərə buraxmamaqları daha yaxşı olar. Heç kim çağırmasın onu xeyir işlərinə. Onun qonşuları onun üzünə tüpürsünlər. Belə hərəkətlər etməklə onu bu yoldan çəkindirmək olar. Bunlar tərbiyəsiz insanlardır.
Bu sözləri 7Times.az açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
Qeyd edək ötən gün müğənni Nadir Qafarzadə ona Türkiyədəki təbii fəlakətdən sonra təmtaraqlı doğum günü məclisini keçirdiyinə etiraz edən Qəşəm Niftəliyev adlı Bakı şəhər sakinini təhqir edərək onun ünvanına alçaldıcı ifadələr yazmışdı.
Follow @7timesaz