Maraqlı

Öpüşməyin sağlamlığa müsbət təsirləri: 10 FAKT

Öpüşməyin sağlamlığa müsbət təsirləri: 10 FAKTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi ABŞ mütəxəssislərinin fikrincə, öpüşmək immunitet sistemini gücləndirir, daxili dincliyi artırır və qocalmanı ləngidir.

Öpüşlə bağlı 10 təəccüblü faktı təqdim edirik:

Tailandlı bir cütlük 58 saat 35 dəqiqə 58 saniyə ilə dünya öpüşmə rekorduna sahibdir. Rekordu qırmaq üçün cütlük yemək yeyərkən, içərkən, hətta tualetə gedərkən də dodaqlarını ayırmayıb.

Normal bir öpüşlə dəqiqədə 6,4 kalori yandırmaq mümkündür. Buna görə, öpüşmə rekordları Taylandlı cütlüyə təxminən 24,120 kaloriyə başa gəlib.

Ancaq bütün mədəniyyətlərdə öpüşmək xoş qarşılanmır. Hətta “azad ölkə” Amerikada da… Məsələn, Konnektikut və Miçiqan ştatlarında bazar günləri qadınları öpmək qadağandır. Merilend ştatında ictimai yerlərdə bir saniyədən çox öpüşmək qadağandır.

Fransızlar və İtalyanlar gündə orta hesabla 7 dəfə, almanlar isə orta hesabla dörd dəfə öpüşürlər.

Öpüşün də bir elmi adı var: filematologiya. Alimlərin araşdırmasına görə, insanların üçdə ikisi öpüşərkən başlarını sağa əyirlər.

Öpüşmək immunitet sistemini gücləndirir, tüpürcək istehsalını artırır və diş daşı əmələ gəlməsinin qarşısını alır.

Müxtəlif mədəniyyətlərdə öpüşmə fərqli mənalara malikdir. Məsələn, Yaponiyada öpüşmək yalnız cinsi əlaqədən əvvəl olur, fransızlar isə salam vermək üçün bir-birinin yanağına üç öpüş qoyurlar.

Öpüşmək əslində instinktiv bir hərəkətdir və təkcə insanlar üçün deyil. Primatlar qazları dimdiklərini sıxaraq, hətta fillər xortumunu bir-birinin ağzına gətirərək öpürlər.

Öpüşmək 100 milyard sinir hüceyrəsini stimullaşdırır. Xoşbəxtlik hormonlarının və adrenalinin ifrazına səbəb olur. Ürək döyüntülərini sürətləndirir, qan təzyiqini və bədən istiliyini artırır.

Öpüşmə zamanı 60 milliqram maye, 0,5 milliqram zülal, 0,15 milliqram ifrazat, 0,4 milliqram duz və 22 minə yaxın bakteriya mübadiləsi baş verir.

medicalmedia.az