Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyevə koronavirus əleyhinə peyvənd vurulub
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub.
7times.az xəbər verir ki, nazir Bakı Sağlamlıq Mərkəzində vaksinasiya olunub.
Eyni zamanda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlıya, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyevə də vaksin vurulub.
Follow @7timesaz