İdman

“Orqanizm qışqırırsa, dayanmaq lazımdır” – Ris Ceyms

“Orqanizm qışqırırsa, dayanmaq lazımdır” – Ris Ceymsbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çelsi”nin müdafiəçisi Ris Ceyms fiziki durumundan və aldığı zədələrdən çıxardığı nəticələrdən danışıb.

Fanat.Az xəbər verir ki, Ceymsin dediklərini şəxsi “X” hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:

“Uzun müddətdir özümü bu qədər yaxşı hiss etməmişdim. Şübhəsiz, gücüm və fiziki hazırlığım tədricən bərpa olunur. Bədənim məni xəbərdar edirdi, amma ona qulaq asmadım. İndi mən daha yaxşı başa düşürəm ki, orqanizm qışqırırsa, dayanmaq lazımdır”.

Xatırladaq ki, 23 yaşlı futbolçu 2023-cü ildə 6 dəfə zədələnib. Ceyms son zədəsindən ötən ay qurtulub.

Bu mövsüm Ris bütün turnirlərdə 6 matça çıxaraq bir məhsuldar ötürmə ilə yadda qalıb.