Sosial

“Orta aylıq əmək haqqı 900 manat proqnozlaşdırılır” – DEPUTAT

“Orta aylıq əmək haqqı 900 manat proqnozlaşdırılır” – DEPUTATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2022-ci ildə ölkəmiz həm siyasi, həm də iqtisadi cəhətdən nailiyyətlərə imza atıb. Birinci növbədə məlumdur ki, hər bir ölkənin əsas makroiqtisadi göstəricisi ümumidaxili məhsuldur. Ümumdaxili məhsul bütövlükdə ölkənin bütün iqtisadi parametrlərini özündə ehtiva edir. Biz deyə bilərik ki, doğurdan da iqtisadi nailiyyətlərimiz böyükdür. Ümumdaxili məhsul hər bir ölkənin iqtisadi parametrlərini özündə ehtiva edir. Bu baxımdan da 2022-ci ildə Azərbaycanın ümumdaxili məhsulu 134 milyard manat təşkil edib. Bu da bizim müstəqilliyimiz tarixində həcm etibarilə ən böyük ümumdaxili məhsulumuzdur”.

Bunu 7Times.az-a müsahibəsində deputat Aydın Hüseynov deyib. O qeyd edib ki, 2022-ci ildə Azərbaycanın ümumdaxili məhsulu 134 milyard manat təşkil edib:

“Digər tərəfdən başqa iqtisadi göstəricilərimizə nəzər salsaq görərik ki, xarici borc kəskin şəkildə azalıb. Bu müsbət tendensiyadır. Ölkənin xarici borcu ümumdaxili məhsulla müqayisədə 9,5 faiz təşkil edir.  Bu isə keçən il 17 faizdən çox olub. Məsələn 2023-cü il üçün 33,7 milyard manat həcmində dövlət büdcəsi təsdiq etdik. Xarici ticarət dövriyyəmiz 25 milyard dollar təşkil edir. Valyuta ehtiyyatlarımız 57 milyard manatı keçibdi. Məlumdur ki, minumum əmək haqqının artırılması ilə bağlı ölkə başçısı sərəncam imzalayıb. Minumum əmək haqqı 15 faiz artaraq 345 manat təşkil edir. Eləcə də minumum pensiyanın həcmi 240 manatda 280 manata qaldırılıb. Bu kimi uğurlarımızı sadaladıqca görürük ki, doğurdan da böyük nailiyyətlərimiz var. Bu nailiyyətlərin hər biri də düzgün strategiya, ölkəmizin digər ölkələrlə iqtisadi-siyasi əlaqələri nəticəsində əldə olunub. Eyni zamanda dünyada gedən prosesləri, eləcə də pendemiyanın dünyada gedən təsirlərini götürsək görərik ki, nailiyyətlərimizin həcmi də müqayisədə böyükdür. Əldə etdiyimiz nailiyyətlər çox yüksək dəyərləndirilir. Əsas məqsəd ölkə əhalisinin sosial rifah halının yüksəldilməsi üçün atılan addımlardır. Bu il proqnozlaşdırılır ki, orta aylıq əmək haqqı 900 manat olacaq. Eləcə də 2022-ci ildə şəhid ailələri, müharibə veteranları və müharibə iştirakçıları üçün evlərin verilməsi həyata keçirilib. 2023-cü ildə 1500 ailəyə yenidən ev veriləcək. Eyni zamda, qazilərin müalicələri həyata keçiriləcək. Bütün bunlar bir daha təsdiq edir ki, ölkədə aparılan iqtisadi siyasət ölkə vətəndaşının sosial rifah halının yüksəldilməsinə və həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib”.

7Times.az