Araşdırma

Özəl dedektiv tərəfindən danışılan 7 inanılmaz xəyanət hekayəsi

Özəl dedektiv tərəfindən danışılan 7 inanılmaz xəyanət hekayəsibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özəl dedektiv tərəfindən danışılan 7 inanılmaz xəyanət hekayəsi. Xəyanət münasibətlərdə bir şeyin səhv getdiyinin sübutudur. Lakin bu faktı sübut etmək əksər hallarda kənardan kömək olmadan çox çətindir və hətta mümkünsüzdür. Təcrübəli xüsusi dedektiv Whitney Joy Smith, karyerasında rastlaşdığı ən inanılmaz hekayələrdən bəzilərini ictimaiyətlə bölüşmüşdür.

Məşhurların xəyanətini əks etdirən fotoşəkillər tabloidlərdə yer aldıqda internet parçalanır. Ancaq özəl detektiv üçün başqalarının romantik macəralarını izləmək adi bir işdir.

Bahalı mehmanxanalarda şəxsi həyatının müxtəif tələblərini ödəyə bilən məşhurlardan fərqli olaraq, adi insanlar nikahdankənar münasibətlərini gizlətmək üçün inanılmaz dərəcədə yaradıcı olmalıdırlar. Ən maraqlı hekayələr məhs belə yaranır.

Bütün bunları görmüş bir insanın fikrincə, hansı hadisələr daha çox diqqət çəkir?Ddetektiv agentliyinin rəhbəri Kanadalı Whitney Joy Smith, karyerasının ən məşhur sevgi fırıldaqlarından bəzilərinin hekayələrini paylaşmışdır.

Dayanacaqda dava

“Bu qadının əri qəfildən yeni dostlar tapdığını iddia etməyə başladı. Sözlərinə görə, dostları ilə idman zalına gedir, məşqlər edirlər – lakin, bir neçə aydan sonra belə, bədən quruluşunda heç bir dəyişiklik baş vermirdi. Ona görə də qadın bizimlə əlaqə saxladı və biz nəzarət qurduq. Amma onu izləmək çox çətin idi. Adamın şübhəli olduğu üzə çıxdı, qəribə marşrutlarla sürüb, kəskin döngələrə girirdi.

Bununla belə, qonşulardan birinin onunla eyni vaxtda evdən çıxdığına diqqət yetirdik. Müştəridən ərinin qonşu qadınla nə vaxtsa flört edib-etmədiyini soruşduqda o, bəli dedi. Ona görə də kişinin yox, qadının arxasınca getməyə qərar verdik. O da şübhəli davrandı və hər hansı mümkün təqiblərdən qaçmağa çalışırdı. Lakin biz özümüzü hazırladıq və birdən-birə üç müşahidə mütəxəssisi göndərdik. Bir müddət yolumuzu itirdik, amma sonra onun avtomobilini axşamlar bağlanan hasarlanmış ərazinin arxasında sənaye zonasında tapdıq”.

“Bir neçə dəqiqədən sonra əsas müşahidə obyektinin maşını eyni dayanacağa yaxınlaşdı. Müştərimizi maşınla götürdüm və məkana getdik. Adətən biz müştəriləri özümüzlə aparmırıq – bu, ilk və sonuncu dəfə oldu. Onsuzda xəbərləri eşidən zaman özü hadisə yerinə gələcəkdi. Onun maşında yanımızda olması vəziyyəti hər kəs üçün bir az da təhlükəli etdi.

Biz yaxınlaşdıqca müştəri, sözün əsl mənasında avtomobildən düşdü və onun maşınına tərəf qaçmağa başladı. Arxa qapını açıb ərini şalvarı aşağı, qadını isə çılpaq gördü. Müştəri atladı, qışqırdı, qonşunu döyməyə çalışdı, amma əri onları ayırmağa başladı. Məşuqəsinin maşınına minməsi üçün arvadının qarşısını kəsdi, biz də ona icazə verdik ki, sağ-salamat oranı tərk edə bilsin.

Cütlük sonda birlikdə qaldı. Düşünürəm ki, onlar bütün məsələni həll etdilər, qonşu ilə görüşləri bitirdilər. Bir neçə aydan sonra o, bizə yenidən zəng etdi və ərinin telefonunu dinləmə sisteminə qoşmağımızı xahiş etdi. Onun məqsədi onların hələ də ünsiyyətdə olub-olmadığını yoxlamaq idi. Belə xidmətlər göstərmədiyimiz üçün imtina etdik”.

Saxta subaylıq partisi

“Bir oğlan bizdən arvadını izləməyimizi istədi. Dedi ki, arvadı, tropik bir adada bir bakalavr partisinə gedəcək. Bu qadın ərinə dostları ilə birlikdə planlaşdırdıqları hər şey haqqında dəbdəbəli bir hekayə danışdı – guya yeddi-iyirmi dörd qadınlar üçün bir növ super əyləncə gecəsi yaşanacaq. Müştəri qadınlardan birinin ərini tanıyırdı və onunla söhbətində arvadlarının iddia edilən planlarından bəhs edərək, belə bir şey söylədi: “Əminəm ki, onlar bu tətildə çox əylənəcəklər.” Lakin məlum olub ki, o biri kişinin səfərdən ümumiyyətlə xəbəri yoxdur.

Beləliklə, adaya qədər onun ardınca getdik. İnsaf üçün, qismən qadın ərinə həqiqəti söyləmişdi: Onunla həqiqətən bir rəfiqəsi var idi. Ancaq, yalnız bir və o da, yalnız 14 günün üç günündə. Dedektivimiz foyedə idi, subyektimizin rəfiqəsinin getməsini gözləyirdi və onları sağollaşanda yaxaladı. Bundan sonra müştərimizin arvadı foyeyə girdi və otelin çimərliyində işləyən bir oğlan ona yaxınlaşdı. Onu qucaqladı və öpüşməyə başladılar”.

“Aydındır ki, onlar hər zaman qucaqlaşıb öpüşərək bir-birlərindən həzz alırdılar. Bütün əlamətlərə görə, bu, birinci və ya ikinci görüş deyildi. Onlar növbəti həftəni oteldə birlikdə yaşayıb, hovuz kənarında günəş vannası qəbul edib, bir-birlərinə sığal çəkiblər. Subyektin ərinə hər dəfə qadının və rəfiqəsinin ilk günlərdə qəsdən çox sayda müxtəlif çimərlik geyimində çəkdirdiyi fotoşəkilləri göndərəndə mən ona həyat yoldaşının sahil oğlanının yanında çəkilmiş real fotolarını göndərdim.

Müştəriyə topladığı bütün məlumatları verdikdən sonra, o, arvadının əvvəlki səfərlərinin fotolarına baxdı və həyat yoldaşının keçmiş tətillərinin birində oğlanla tanış olduğunu başa düşdü. Müştəri əvvəlcə əsəbiləşdi. Lakin o vaxta qədər o, artıq bir müddət fikirləşmişdi, ona görə də reaksiyası təmkinli idi. Düşünürəm ki, o, çoxdan xəbərdar idi, əmin olmaq onun üçün vacib idi”.

Tələbə qız

“Bu cütlüyün təsvir olunan hadisələrdən bir neçə həftə əvvəl körpəsi olub. Uşaq daim ağlayırdı və oğlan bir yerə getməli və başını sakitləşdirməli olduğunu izah etdi. Arvadı əvvəlcə buna o qədər də əhəmiyyət verməsə də, sonra dedi: “Sən nə edirsən? Mənə kömək etməlisən.” Oğlan əsəblərini sakitləşdirmək üçün bir az maşın sürmək istədiyini bildirir və nəticədə xanım bizə işə təklif edir.

Nə baş verdiyini anlamaq adətən bir neçə gün çəkir, amma oğlanı izlədiyimiz ilk gecə o, bizi Torontodakı məşhur universitetə ​​apardı. Orada oxuyan bir qızı maşına otuzdurur. Kişinin yaşı otuz ilə qırx arası, qızın isə on səkkiz ilə iyirmi arası yaşı olmalı idi. Onlar əl-ələ tutdub, davamlı öpüşüb gözəl bir restorana getdilər. Nahardan sonra maşına minib elə maşındaca dəcəllik etmək qərarına gəldilər.”

“Onun və həyat yoldaşı ilə hələ də birlikdə olub-olmadığını bilmirəm, ancaq, qadın biləndə dəli oldu: telefona hönkür-hönkür ağladı, bundan sonra nə edəcəyini soruşdu. Ancaq biz ailə psixologiyası ilə bağlı məsləhətlər vermirik – işi gördük, sübut təqdim etdik və bir daha görüşmədik.”

80-cı səviyyənin pikapı

“Qadın partnyorundan bir növ zöhrəvi xəstəliyə tutuldu. Münasibətlərində bir şeyin səhv getdiyini təxmin etməyə başladı. Təqsirləndirilən şəxsi ezamiyyət zamanı qaldığı otelə qədər izlədik.

Biz bilirdik ki, müştərimiz kifayət qədər çox içki içir və çox güman ki, otelin barında olacaq. İş üzərində bir qadın detektiv işləyirdi və subyekt oteldə bir neçə xanıma yaxınlaşmağa cəhd etdikdən və hamı tərəfindən rədd edildikdən sonra sonda əməkdaşımızı da incitməyə başladı. Onu inandırmaq üçün çoxsaylı cəhdlər göstərdi. Fikrini dəyişəcəyi təqdirdə otağın açarını ona qoyub getdi”.

Özəl dedektiv tərəfindən danışılan 7 inanılmaz xəyanət hekayəsi 3

Nikahdan əvvəl yoxlama

“Bu oğlan bir qızla uzun müddətli münasibətdə idi və evlənməyi düşünürdü. O, kasıb adam deyildi və statusundan istifadə oluna biləcəyi qorxusundan uzunmüddətli münasibətə girmək istəmirdi.

Müşahidə etdiyimiz müddət ərzində xanım, əsasən bir neçə rəfiqəsi ilə alış-veriş edir, bəzən yalnız biri ilə, bəzən isə sadəcə təkcə gəzirdi. Ancaq bu gəzintilərin birində şübhələndik, naməlum bir kişi yerli ticarət mərkəzində görüşdü və əl-ələ verib öpüşərkən lentə alındı. Biz faylı müştəriyə göndərmək üçün son video üzərində işləyərkən onun bundan əlavə kosmetika şöbəsindən də əşyalar oğurladığını, çantasında gizlətdiyini gördük”.

Kor sevgi

“Əri iş üçün ezamiyyətdə olduğu vaxt onun nə ilə məşğul olduğunu öyrənək üçün qadını izləyirdik. Onunla bağlı nəsə kişini narahat edirdi. Qadın çoxlu alış-verişə gedir və rəfiqələri ilə vaxt keçirirdi. Amma eyni gündə bu qadının iki müxtəlif motellərdən çıxdığını gördük. Əvvəlcə dedektiv onun niyə bu yerlərdə olduğuna əmin deyildi”.

“Sonra biz onun istəklərini otellərə yaxınlaşaraq aydınlaşdırmağa çalışdıq. Məlum oldu ki, o, otaqların saatlıq qiymətlərini çox baha hesab etdiyi üçün yerləşdirmədən imtina edib. Təxminən beş fərqli otelə baş çəkdikdən sonra bu qadın dayanacaqda dayanıb və arxa oturacağa keçdi. Sevgilisi də ona qoşuldu. Onlar bir-birləri ilə cinsi əlaqənin pula dəydiyini düşünmürdülər.”

Residivist

“Bizi bir qadın işə götürdü ki, ərinin onu aldadıb, aldatmadığını örgənsin. O kişinin davranışında bəzi qəribəliklər görürdü: o, bəzən ya xokkey və ya futbol izləmək üçün idman barına getdiyini deyirdi, sonra işdə daha çox qalırdı, bəzən isə maşının xarab olduğunu və bu səbəbdən gec gələcəyini bildirirdi. Qadın uzun bir həftə sonu birlikdə harasa getmək istəsə belə, onun həmişə bir səbəbi var idi.

Bir neçə həftəlik müşahidədən sonra onu başqa qadınla tapdıq. Əlimizdə xəyanətlə bağlı kifayət qədər dəlil var idi. Nəticədə həyat yoldaşından ayrıldı. Amma 6 aydan sonra kimsə bizə zəng edərək yenidən nəzarət istədi. Subyekti eyni kişi olsa da, lakin indi sifarişçi qismində əvvəlki məşuqəsi idi. Qadın onun mümkün xəyanəti barədə bilmək istəyirdi. Biz işi götürmədik və əlimizdə xəyanətlə bağlı heç bir dəlil yoxdur, amma onun dediyi şeylərdən əminəm ki, kişi bu müddət ərzində dəyişməyib”.