“Özümə baxmağa vaxtım yoxdur”, – deyən xanımlara Ailem.az qısa zaman çərçivəsində praktik makiyaj və baxım yollarını təqdim edir.
– Üzünüzü əvvəlcə isti, sonra soyuq su ilə yuyun. Bu, qan dövranını sürətləndirir və üz əzələlərini hərəkətə gətirir.
– Səhərlər oyandığınızda sizi yaxşı göstərməyəcək qüsurları tonal krem vasitəsilə gizlədin.
– Çox makiyaj etməsəniz də, gözlərinizə etdiyiniz sadə makiyajla üzünüz canlı görünəcək. Üzünüzün daha canlı və baxımlı görünməsi üçün kirpiklərinizə tuş çəkməyi unutmayın.
– Yanaqlarınıza yüngülcə ənlik çəkmək üzünüzə canlılıq qatacaq.
– Dodağınıza sürtdüyünüz parlaq bir dodaq boyası üzünüzü canlı göstərəcək.
– Dırnaq boyasını siləcək bir aseton tapmamısınızsa, üzərindən yenisini vurun.
– İşə gedərkən ətrafdakı səs-küyü dinləmək istəmirsinizsə, qulaqcıqla xoş bir musiqi dinləyərək yol gedin. Beləcə, özünüzü rahatladın.
– Yorğunusunuzsa, nanə qoxlayın. Nanə yorğunluq hissini yüzdə 15 azaldacaq.
– İş yerində gün boyunca su içməyi unutmayın. Çox az susmaq belə, enerji səviyyənizin aşağı düşməsinə səbəb olar.
– Saçlarınızı düzəltməyə vaxtınız yoxdursa, yuduqdan sonra azca qurudun və hörün. Daha sonra yenidən qurudun və səhər işə gələrkən açın. Saçlarınız belə daha gözəl görünəcək.
Follow @7timesaz