Ölkə

“Özünü etibarsızlaşdırmaq özünüinkardır” – HİKMƏT BABAOĞLUDAN HƏMKARINA SƏRT CAVAB

“Özünü etibarsızlaşdırmaq özünüinkardır” – HİKMƏT BABAOĞLUDAN HƏMKARINA SƏRT CAVABbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin REAL Partiyasından olan deputatı Erkin Qədirlinin bloger Mehman Hüseynovun sualına verdiyi cavab ölkə gündəmində ciddi müzkirə olunur.

Xatırladaq ki, Erkin Quliyev blogerin “Mənə bir nəfər deputat adını çəkin, hansı ki, həqiqətən də xalqın səsini qazanıb və Milli Məclisdə oturur” sualına özünəməxsus və bir qədər də gözlənilməz cavab verib. Erkin Qədirlinin cavabı belə olub: “Onu özüm haqqında da deyə bilmərəm, çünki demokratik seçki olsa, onda əminliklə demək olardı…”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu 7Times.az-a açıqlamasında Erkin Qədirlinin bu dediklərinin ziddiyətli və anlaşılmaz olduğunu qeyd edib:

“Özünü etibarsızlaşdırmaq özünüinkardır. Erkin Qədirlinin sosial şəbəkələrə verdiyi açıqlamasında öz deputatlıq statusunu şübə altına alan fikirlər bildirməsi ziddiyətli və anlaşılmazdır.  Ona görə ki, Erkin bəy siyasətçi olmaqla bərabər, həm də hüquqşünasdır və səsləndirdiyi fikirlərin hansı hüquqi nəticələr doğura bilməsi ilə bağlı aydın təsəvvürləri var. Məsələn, nəticəsinə hüquqi baxımdan şübhə etdiyi seçkilərin ona verdiyi mandatı qəbul etməsi onun hüquqa münasibətinin göstəricisi hesab oluna bilər. Yəni Erkin Qədirli ddia etdiyi kimi, hüquq pozuntusu nəticəsində əldə etdiyi mandat hüququndan imtina etmirsə, deməli, o, hüquqa da hörmət etməmiş hesab oluna bilər. Yaxud demokratik hesab etmədiyi seçkinin nəticəsini qəbul edirsə, deməli, siyasətçi kimi onun demokratiyaya da münasibəti birmənalı qəbul olunmaya bilər.Ona görə də belə məsələlərdə diqqətli olmalı və təmsil olunduğumuz Milli Məclisin nüfuzu və legitimliyi ilə bağlı şübhə yarada biləcək sözlər sərf etməməliyik. Nəticə etibarilə, bu həm də deputatlara səs vermiş seçicilərin səslərinə hörmətsizlik kimi qəbul edilə bilər”.

7Times.az