Aktual

Paris şəhərinin meri Kiyevə səfər edib

Paris şəhərinin meri Kiyevə səfər edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kiyev şəhərinin meri Vitali Kliçko Ukrayna paytaxtına səfər edən Paris meri Ann İdalqo ilə görüşüb.
Görüş çərçivəsində iki paytaxt şəhər arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb.
“Mən nümayəndə heyətinin üzvlərini salamlamaqdan və müharibə zamanı Ukraynanın paytaxtına dəstək səfəri etməkdə göstərdiyi cəsarətə görə Paris meri Ann İdalqoya təşəkkürümü bildirirəm” – deyə Vitali Kliçko vurğulayıb.
Vitali Kliçko əlavə edib ki, Fransanın çətin günlərdə Ukrayna dövlətinə bütün sahələr üzrə göstərdiyi dəstəyi heç vaxt unutmayacaqlar.