Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq.
7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
N.Paşinyan parlamentdə keçirilən hökumət saatında bildirib ki, təşkilatdan çıxacaqlar: “Bununla bağlı qərar verəcəyik”.
“Bəs siz nə fikirləşirsiniz? Növbəti addımımızın nə olacağını düşünürsüz? Fikirləşirsiniz ki, geri dönəcəyik? Xeyr, başqa yol yoxdur. Narahat olmayın, biz geri qayıtmayacağıq”, – o bildirib.
Follow @7timesaz