Ölkə

Paytaxt əhalisi 9 ayda bu qədər pul xərcləyib – MƏBLƏĞ

Paytaxt əhalisi 9 ayda bu qədər pul xərcləyib – MƏBLƏĞbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi  əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 24949,1 milyon manat olub.

7Times.az  xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq  14219,8  milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə  8,4 faiz artaraq 10729,3  milyon manat təşkil edib.

İstehlak məhsullarının 36,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə 49,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,0 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.