Pekin hakimiyyəti Qış Olimpiya Oyunları zamanı şəhərdə kiçik mühərrikli təyyarələrdən istifadəni qadağan edib.
Bu barədə Pekinin İctimai Təhlükəsizlik İdarəsi məlumat yayıb.
Qadağa yanvarın 28-dən martın 13-dək – Paralimpiya yarışları bitənə qədər qüvvədə olacaq.
Ümumilikdə siyahıya 12 qadağan olunmuş obyekt, o cümlədən dronlar, hava şarları və deltaplanlar daxildir. Qanunu pozanları cərimə gözləyir.
Qeyd edək ki, Pekin Olimpiya Oyunları fevralın 4-dən 20-dək, Paralimpiya Oyunları isə martın 4-dən 13-dək keçiriləcək.
Follow @7timesaz