Ölkə

Pərviz Şahbazov: “Ötən il Bolqarıstana qaz ixracımız 600 milyon kubmetr olub”

Pərviz Şahbazov: “Ötən il Bolqarıstana qaz ixracımız 600 milyon kubmetr olub”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Azərbaycandan Bolqarıstana qaz ixracı 600 milyon kubmetr olub.

7Times.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün “twitter” hesabında qeyd edib.

Energetika naziri bolqarıstanlı həmkarı ilə görüşündən sonra bildirib ki, Bolqarıstanın energetika naziri Rosen Xristov ilə görüşdə Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB), eləcə də müxtəlif marşrutlar, yeni infrastrukturlarla qaz tədarükünün şaxələndirilməsi perspektivlərini müzakirə edilib.

“Bolqarıstanın energetika naziri Rosen Xristov ilə görüşdə IGB, eləcə də müxtəlif marşrutlar, yeni infrastrukturlarla qaz tədarükünün şaxələndirilməsi perspektivlərini müzakirə etdik. Ötən il Bolqarıstana qaz ixracımız 600 mln. m3 olub”, deyə nazir bildirib.