Cəmiyyət

Peyvənd olunanların sayı açıqlandı – FOTO

Peyvənd olunanların sayı açıqlandı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, bir gündə 26 436 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 578, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 249, buster doza üzrə vaksinasiya olunanların sayı isə 20 609 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 203 595, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 155 907, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 659 458, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 388 230 təşkil edir.